Qısa məzmun
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Bölgələr üzrə: Gəncə – (Goranboy, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Ağstafa,Qax), Quba-(Şabran, Siyəzən, Xaçmaz, Xudat, Quba, Qusar), Abşeron – (Sumqayıt, Sədərək T/M, Xırdalan şəhər)
Namizədə dair tələblər:
- Kafel-metlax sahə və topdan satış üzrə 1-3 il iş təcrübəsi;
- Təşkilati və analitik bacarıqlar;
- Office proqramlarından istifadə bacarığı
- Xarici dil biliyi üstünlükdür
- Səlis nitq və danışıq qabiliyyəti
- Şəxsi avtomobilinin olmağı mütləqdir
Vəzifə öhtəlikləri:
- Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə təqdim etmək;
- Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
- Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
- Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.
6 günlük iş həftəsi. Həftədə 1 gün istirahət.
Rabitə xərcləri, yanacaq və təmir xərci şirkət tərəfindən qarşılanır.
Əmək haqqı fix maaş + satışdan bonuslar olaraq hesablanır
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed Satış Nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelco Group MMC Korporativ Satış üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC GROUP Korporativ satış şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Məhsul üzrə menecer (Product manager) vəzifəsi üzrə vakansiya elan edir. ...