Qısa məzmun
ISTEC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. Kompüterdə sərbəst işləmək bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkət ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, şirkətə yeni müştərilər qazanmaq;
- Daimi olaraq müştəri ziyarəti;
- Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
- Satış nöqtələrinə verilmiş malların pulunun yığmını vaxtında təmin etmək;
- Ərazidə qalan müştəri borclarına cavabdehlik daşımaq və nəzarət etmək;
- Şirkətin məhsullarının satış nöqtələrində istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini, məhsulu satışa hazırlanmasını təmin etmək, məhsulun satış görünüşünə nəzarət etmək;
- Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
- Gün sonu hesabatların verilməsi;
- Rəqib məhsullar haqda məlumatların əldə edilməsi.
Tələblər:
- Ali təhsilli, Xanım Namizədlər;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
- Satışları təhlil etmək bacarığı;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
- İnkişafa meyilli;
- Öz üzərində işləyən;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
- Yaş həddi 25-35 arası
İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 – 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət şənbə-bazar günləri, nahar-şirkət tərəfindən verilir.
- Əmək haqqı 600 AZN + bonus
- İş yeri: Yasamal rayonu, Mikayıl Müşfiq küç 2, (Bakı Media Mərkəzi ilə üzbə-üz)
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “satış təmsilçisi” qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...