Qısa məzmun
Radius MMC şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Alıcılara məhsulların çeşidi və qiymətləri, mövcudluğu, texniki göstəriciləri, istehsalçı barədə məlumat, saxlanma şəraiti və müddəti, istehsal olunan ölkələr, istehsal texnologiyası, istifadə sahəsi, çatdırılma vaxtı və digər suallar üzrə məsləhətlərin verilməsi
- Alıcıya cari lahiyələr, marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş və məhsulun alınması qaydaları haqqında məlumat verib, mövcud olmayan malların alternativlərinin təklif edilməsi
- İş məlumatlarının proqram təminatının məlumat bazasına tam şəkildə düzgün əlavə edilməsi;
- Müştərinin bütün narazıçılıqlarının qarşısının alınması
- Malların satışa hazırlığının təşkil edilməsi (malın anbardan sifarişi, onun anbardan gətirilməsinə və müştəriyə çatdırılmasına nəzarət)
- Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsinin (merçendayzinq) təmin edilməsi
- Malların üzərində qiymət etiketinin mövcud olmasının təmin edilməsi, onların düzgün yerləşdirilməsinə və malların üzərində qiymətlərin düzgün qeyd olunmasına nəzarətin edilməsi
- Daxil olan telefon zənglərin təlimata əsasən cavablandırılması, məhsul və xidmətlər haqqında tam və etibarlı məlumatların verilməsi
- İş saatı : 09:00-dan 18:00-dək və 12:00-dan 21:00-dək (növbəli)
- Nahar şirkət tərəfindən qarşılanır
- İş rejimi: istirahet günü həftə içi
- İş yeri: Badamdar qəsəbəsi, Mikayıl Müşfiq 2A
- Sabit əmək haqqı 500 AZN + satışdan bonus
Namizədə tələblər:
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis
- Programlar: MS Office (əsasən Excel, Word və Outlook)
- Yaşayış qeydiyyatı: Bakı şəhəri
- Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
- Komandada işləmək bacarığına malik olan
- Sürücülük vəsiqəsi B
Oxşar vakansiya siyahısı:
400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisiAzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Meneceri
BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...