Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Collezione Italia Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. Planlaşdırma, analiz və idarəetmə bacarığı olmalıdır.
Collezione Italia – Emosiyaların memarı
Collezione Italia – Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir. Premium ekspozisiya məkanı bir sıra İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisidir. Çox geniş – çox geniş bir ərazini əhatə edən şourumda hər növ mebel (yataq, qonaq, iş, yumşaq, mətbəx), santexnika dəstləri və aksesuarları, qapı-pəncərə və parket, çilçıraqlar, ev tekstili, pərdə, divar kağızları təqdim olunur. Bura sadəcə şıq dizaynın sərgiləndiyi ünvan deyil: Collezione Italia yaşam məkanlarının tərtibatı, dekorasiyası və mebellə təchiz olunması prosesində ən son dəb axınlarını və unikal trendləri diktə edir.
Satış təmsilçisi ( mebel, santexnika, qapı-parket,çılçıraq,mətbəx,qab-qacaq,divar kağızı, pərdə, tekstil)
Namizədə olan tələblər:
- Satış, marketinq və ya oxşar sahədə ali təhsil arzu olunandır;
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (Lüks seqmentdə təcrübə üstünlükdür);
- Azərbaycan və rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır ;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Satış texnikası, metodlarını və müştəri psixologiyasını bilmək;
- Ambisiyalı, gülərüz, məsuliyyətli , nəticə yönümlü, müştəri yönümlü, yeniliyə və inkişafa meyilli, səbrli;
- Ünsiyyət, komandada işləmək, təqdim etmə bacarıqları
Vəzifə öhdəlikləri:
- Müştərilərin qarşlanması və ehtiyaclarının müəyyənləşdirilməsi
- Şourumda təmsil olunan brendlərin müştəriyə təqdim olunması və satışının həyata keçirilməsi;
- Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici özəl xüsusiyyətləri barədə məlumat verilməsi;
- Məhsulların çatdırılması və quraşdırılması işlərinin koordinasiya edilməsi
- Müştəri bazasının yaradılması və müştərilərlə düzgün iş münasibətlərinin qurulması;
- Kommersiya təkliflərinin hazırlanması
- Şourumun hər zaman səliqəli, hazır olmasına nəzarət edilməsi;
- Ehtiyac olduqda müştərilərin evini ziyarət edib, ölçülərin götürülməsi;
- Qarşıya qoyulmuş satış hədəflərinin yerinə yetirilməsi;
- Mövcud və potensial müştərilərlə mütəmadi əlaqələrin saxlanılması, özəl günlərində müştərilərə zəng olunması;
- Bazar araşdırması həyata keçirilməsi və rəqiblərin fəaliyyətinin analiz edilməsi
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi.
İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Xarici ölkələrdə sərgilərdə iştirak imkanı;
- Əmək haqqı 600 AZN + satışdan bonus (Əmək haqqı namizədin bilik, bacarıqlarına görə daha çox ola bilər)
QEYD: Seçilmiş namizədlər Collezione İtalia ilə SAT GROUP təlim və konsultasiya şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində 3 aylıq Satış Akademiyası kursunda iştirak edib satış bacarıqlarını artıracaqlar.
Vakansiyaya müraciət üçün şəkil əlavə olunmuş CV-lərinizi “Satış təmsilçisi” başlığı ilə hr@collezioneitalia.az e-mail ünvanına göndərməyiniz xahiş olunur. İşə qəbul prosesinin ilkin mərhələsində yalnız vəzifə tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...