Qısa məzmun
Mars Overseas Baku LTD Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
- Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
- Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər:
- Səlis danışıq qabiliyyəti olmalı
- Təqdim etmə qabiliyyəti yüksək dərəcədə olmalıdır
- Ünsiyyətcil və gülərüz olmalıdır
- Satış sahəsində 1-3 il təcrübəsi olmalı
- Riyazi biliklər olmalıdır
- Ali Təhsilin olması üstünlükdür
- Sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Maddi təminatlar :
- Yanacaq sərfiyyatı
- Amortizasiya
- Korporativ nömrə
- İş saatı 09:30 – 17:30
- Əmək haqqı – 600 AZN net (+ bonus)
Müraciət üçün career@totalbeverage.group. adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Satış təmsilçisi” vəzifəsini qeyd etməyiniz vacibdir.
Oxşar vakansiya siyahısı:
Satış Meneceri
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Nəzarətçi-operator
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
SatıcıSuper Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...