Satış təmsilçisi
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mars Overseas Baku LTD Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
  • Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
  • Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
  • Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə tələblər:

  • Səlis danışıq qabiliyyəti olmalı
  • Təqdim etmə qabiliyyəti yüksək dərəcədə olmalıdır
  • Ünsiyyətcil və gülərüz olmalıdır
  • Satış sahəsində 1-3 il təcrübəsi olmalı
  • Riyazi biliklər olmalıdır
  • Ali Təhsilin olması üstünlükdür
  • Sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.

Maddi təminatlar :

  • Yanacaq sərfiyyatı
  • Amortizasiya
  • Korporativ nömrə
  • İş saatı 09:30 – 17:30
  • Əmək haqqı – 600 AZN net (+ bonus)

Müraciət üçün career@totalbeverage.group. adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Satış təmsilçisi” vəzifəsini qeyd etməyiniz vacibdir.

Oxşar vakansiya siyahısı:

600 — 1300 ₼
Satış meneceri

AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı

800 — 1300 ₼
Optik Tibbi Nümayəndə

AzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı