Qısa məzmun
Prime House Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Daşınmaz əmlak sahəsində qabaqcıl şirkətlərdən biri olan “Prime House” şirkəti Satış təmsilçisi vəzifəsinə vakansiya elan edir. Şirkətimizə əməkdaş, özümüzə isə komanda yoldaşı axtarırıq. Aşağıdakı kriteriyalara cavab verən namizədlərin cv-sinə baxılacaqdır.
Satış Təmsilçisi Vəzifə öhdəlikləri:
- Telefon vasitəsi ilə müştəri sorğularını idarə etmək;
- Müştərilərə şirkətimizin layihələri barədə məlumat vermək;
- Müştərilərə mənzilləri yerində göstərmək;
- Sənədləşmə prosesini idarə etmək;
- Tabe olduğu şəxsə gündəlik işlər barədə hesabat vermək;
- Sistemə yeni müştəri məlumatlarını daxil etmək.
Tələblər:
- 22-30 yaş aralığında;
- Yalnız kişi namizədlər;
- Ünsiyyətcil, yüksək təqdimat bacarığına malik olmalıdır;
- İşini sevən və məsuliyyətli;
- Daha öncə daşınmaz əmlak sahəsində təcrübəsi olması üstünlükdür;
- Azərbaycan və rus dili biliyi, ingilis dilini bilməyi üstünlükdür;
- Səlis, aydın danışıq qabiliyyətinə sahib olmalı və ünsiyyət qurmağı bacarmalıdır;
- Öz üzərində daim çalışan və inkişafa meyilli namizəd olmalıdır;
- Komanda ilə işləmək bacarığına sahib olmalıdır;
İş haqqında məlumat:
- İş saatı: 09:00 – 18:00 ;
- Əmək haqqı: 400 AZN. + Bonus ;
- Satışlardan asılı olaraq aylıq 2000 AZN-ə qədər gəlir əldə etmək imkanı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, təcrübə, karyera inkişafı, peşəkar kollektivdə çalışmaq və əmək haqqı artımı imkanı təqdim edirik. Maraqlanan şəxslər CV-lərini hr@primehouse.az elektron poçt ünvanına “Satış Təmsilçisi” mövzusu ilə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Life Fitness (showroom) - “Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi” vakansiyasını elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...