Qısa məzmun
Aselsan-Bakü Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (Rabitə sahəsi, Texnologiyalar, Satış, Marketinq, Biznesin idarə edilməsi və s.)
- Azərbaycan, Rus və Türk dili bilikləri – əla səviyyədə, İngilis dili bilənlərə üstünlük verilir;
- Korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması;
- Rabitə və elektronika sahələrində iş təcrübəsi olmasi arzuolunandır;
- Ms Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) işləmək bacarığı;
- B kateqoriya sürücülük vəsiqəsi (BC – arzuolunandır);
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin olması;
- Müştəriyönümlü satış etmək bacarığının olması;
- Sərbəst şəkildə ünsiyyət qurmaq bacarığı;
- Komanda və müstəqil formada işləmə bacarığı;
- Analitik təhlil etmə bacarığı və idarəetmə qabiliyyəti;
- Təzyiq altında işləmə və stresə davamlılıq qabiliyyəti;
- Sərbəst qərar qəbuletmə bacarığı;
- Məsuliyyətli və dəqiq;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti
- Satış Texnikalarının Biliyi: Fərqli satış metodları və texnikaları haqqında bilik və təcrübə.
- Şəbəkələşmə Bacarığı: Şəbəkə qurma və biznes əlaqələrini genişləndirmə bacarığı.
- Müştəri Xidmətləri Təcrübəsi: Müştəri məmnuniyyətini artırmaq üçün effektiv müştəri xidməti göstərmə bacarığı.
- Kreativlik və İnnovasiya: Yeni satış strategiyaları və kampaniyaları yaratmaq bacarığı.
- Texniki Biliklər: Satışını həyata keçirəcəyi məhsul və ya xidmət haqqında dərin texniki biliklər.
Əsas vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarışı və mövcud müştərilərlə əməkdaşlığın inkişafı;
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və əl telsizlərinin satışını həyata keçirilməsi;
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması;
- Mükəmməl ünsiyyət və insanları inandırma qabiliyyəti;
- Şirkətin satış həcminin artırılmasına dəstək;
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət etmək;
- Müştəri ziyarətinin planlanması, təqdimatın edilməsi və təkliflərin verilməsi;
- Ziyarət və verilən təklif nəticələrinin izlənilməsi;
- Sifarişlərin qəbulu və icra olunması;
- Görülən işlərə dair gündəlik, aylıq və illik hesabatların hazırlayır;
- Müqavilələrin tərtib edilməsi və bağlanması üçün zəruri sənədlərin layihələşdirilməsi;
- Maliyyə sənədlərinin müştəriyə təqdim edilməsi və müştəri ödəmələrinin izlənilməsi;
- Müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması, lazımi sənədlərin toplanması və müntəzəm olaraq qanunlardakı yeniliklərin izlənilməsi.
- Geri Dönüşlərin Təhlili: Müştəri və bazar geri dönüşləri analiz etmək və uyğun düzəlişlər etmək.
- Sərgilərdə və Tədbirlərdə İştirak: Şirkəti təmsil etmək üçün sərgilərdə və digər tədbirlərdə iştirak etmək.
- Müştəri Məlumat Bazasının İdarə Edilməsi: Müştəri məlumatlarının yenilənməsi və sistematik şəkildə saxlanılması.
- Məhsul Təqdimatları: Yeni məhsulların təqdimatlarının hazırlanması və keçirilməsi, potensial müştərilərə nümayiş etdirilməsi.
- CRM Sistemlərinin İdarə Edilməsi: Müştəri əlaqələrinin idarə edilməsi (CRM) sistemlərinin effektiv istifadəsi, müştəri məlumatlarının daxil edilməsi, yenilənməsi və analiz edilməsi.
İş şərtləri:
- Həftə içi 5 iş günü;
- İş saatları 09:00-18:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
- Əmək haqqı: Müsahibədə namizədə görə təyin olunacaqdır.
- Digər potensial üstünlüklər şəxsi görüş zamanı müzakirə ediləcəkdir.
Oxşar vakansiya siyahısı:
Iceland Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
Iceland 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
ABC-Pharm Məhsul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
ABC-Pharm Regional OTC qrup üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...