Satış təmsilçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

   “AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

    Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Satış təmsilçisi:

Namizədə olan tələblər:

  • Orta təhsil (Bakalavr üstünlükdür)
  • Ünsiyyət qabiliyyət
  • Məsuliyyətlilik
  • Təqdim etmə bacarığı
  • Danışıq aparma bacarığı,
  • Səbirlilik
  • Hesablama bacarığı
  • Yaş – 20-35
  • Staja görə ən azı 1 il təcrübə

    İş haqqında məlumat:

  • Müştərinin qarşılanması, məhsullarla bağlı məlumatlandırılması
  • Müştərinin istədiyi dizayna uyğun ölçülərlə qiymətin hesablanması
  • Müştərinin çertyojuna uyğun interyer dizaynerə məlumatların verilməsi
  • Hazırlanmış dizaynın müştəriyə göndərilməsi
  • Müştəri məhsulu bəyəndikdən sonra sifarişin qəbul olunması
  • Sifarişin sistemə daxil edilməsi
  • Qaimənin hazırlanması və müştəriyə təqdim edilməsi
  • Müştəri xüsusi endirim istəyərsə bu barədə rəhbərliyin məlumatlandırılması və qiymətin razılaşdırılması
  • Məhsul satılarkən müştəridən beh alınması və sifarişin götürülməsi
  • Sifariş qəbul olunduqdan sonra mağaza meneceri (Olmadıqda özü) vasitəsilə anbara məlumat verilməsi
  • Sifariş müştəriyə çatana qədər prosesin izlənməzi və müştərinin məlumatlandırılması
  • Geriqayıdan məhsul olduqda anbarın məlumatlandırılması (Mağaza meneceri vasitəsilə) və anbara yönləndirilməsi
  • Ödənişlər barədə rəhbərin mütəmadi məlumatlandırılması
  • Gələn məhsulların mağaza daxilində təyin olunmuş əraziyə yerləşdirilməsi
  • Məhsulların üzərinə qiymət və endirim kağızlarının yerləşdirilməsi və yenilənməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı gross 350 + bonus

Vakansiyaya müraciət üçün CV-ləri “Satış təmsilçisi ” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Bölgə Müdiri

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

1500 — 2000 ₼
Satış təmsilçisi

CMT Group MMC Satış təmsilçisi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

22.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

22.04.2024 - Bakı

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

02.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

01.04.2024 - Bakı