Qısa məzmun
AZ Dizayn Group Regionlar üzrə topdan satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Haqqımızda
- “AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.
Namizədə olan tələblər:
- Bakalvr üstünlükdür;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro, Fora üstünlükdür);
- Satış bacarığı;
- Təqdimetmə bacarığı,
- Planlama bacarığı,
- Ünsiyyət bacarığı,
- Müştəriyönümlülük
- Yaş həddi 20-35
İş haqqında məlumat:
- Müştərilər tərəfindən gələn sifarişlərin operatora yönləndirilməsi
- Müştəri anbardan sifarişi götürənə qədər həm operator həm də müştəri ilə əlaqələrin təşkil olunması
- Müəyyən edilmiş ərazilərdə mövcud mağazaların ziyarət edilməsi, yeni müştərilərin tapılması
- Yeni müştərilərlə görüş zamanı məhsullar haqqında ətraflı məlumat verilməsi, təqdimat edilməsi
- Borc öhdəliklərinə nəzarət edilməsi, borcun yığımının təmin edilməsi
- Borclar yığıldıqdan sonra vəsaitin kassaya təhvil verilməsi
- Mağazalarda olan məhsullarına vitrinlərinə nəzarət edilməsi
- Müştəri satışlarının analiz edilməsi və mütəmadi əlaqələrin saxlanması
- Geriqayıdan məhsul olduqda topdan satış müdirinə və anbara məlumat verilməsi
- Topdan satış müdirinə günlük hesabatların verilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Yanacaq və amortizasiya xərcləri (şəxsi maşın mütləqdir)
- Əmək haqqı -600+ limitsiz bonus
- Vakansiyaya müraciət üçün CV-ləri “Regionlar üzrə topdan satış təmsilçisi” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur
Oxşar vakansiya siyahısı:
Bölgə Müdiri
Camal" LTD şirkəti Bölgə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Kassir
Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bölgə Müdiri
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Meneceri
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 700 ₼
Satıcı MəsləhətçiSabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
400₼
İnzibati işlər üzrə administratorSabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
Satıcı(bəy)
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...