Satış təmsilçisi (Soyuq satış)
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Novator HRC şirkəti Satış təmsilçisi (Soyuq satış) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Kimyəvi Yuyucu vasitələr, Dezinfeksiyaedici (Tibbi Müəssisələrdə) vasitələr, Təmizlik avadanlıqları, Təmizlik Maşınları, Gigiyenik Kağız və digər Təmizlik
  • Məhsullarının tanıtımını və soyuq satışını həyata keçirmək;
  • Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
  • Təyin olunmuş satış planlarının icrası;
  • Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
  • Müştərilərdən ödənişlərin toplanması;
  • Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
  • Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.

Tələblər:

  • Ali təhsil;
  • Sürücülük vəsiqəsi və şəxsi maşını olmalı;
  • Qeyd olunan sahədə azı 1-3 il iş təcrübəsi;
  • Cins: Kişi;
  • Yaş həddi: 22-33;
  • HoReCa, Səhiyyə və s digər satış sahələrində yüksək bilik və bacarıqları olması üstünlükdür;
  • Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır;
  • Ofis proqramları biliyi;
  • Yüksək kommunikasiya və satış bacarığı olmalı;
  • Dəqiq, intizamlı və işində məsuliyyətli.

İş şəraiti:

  • ARƏM uyğun işə qəbul;
  • Nahar xərci qarşılanır;
  • Amortizasiya xərci qarşılanır;
  • Yanacaq xərci qarşılanır;
  • Həftədə 1 gün istirahət.

İş ünvanı: Bakı

  • Əmək Haqqı: 800-1100 AZN + bonus
    Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Satış təmsilçisi (Soyuq satış)” qeyd etməklə hr@novatorhrc.com elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı