Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank Respublika ASC atış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. İngilis və ya Rus dili bilikləri arzuolunandır.
Ümumi vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
- Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
- Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Kredit və ya əməliyyat sahəsi üzrə 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
- Microsoft Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
- Yüksək ünsiyyət bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2020-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.