Qısa məzmun
Ə/h 500 AZN + bonus. Zeta Group “Satış təmsilçisi” vəzifəsi üzrə vakansiya elan edir.
Zeta Group-Satış təmsilçisi
(The Entertainer oyuncaq mağazası)
İş yeri: Port Baku
İş barədə məlumat:
- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək
- Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.)
- Səliqəli görünüşü təmin etmək (forma,gigeyena, və s.)
- Müştəriləri məmnun etmək və növbəti alışa həvəsləndirmək
- Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək
Namizədə tələblər:
- Yaş: 18-35
- Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq
- Satış sahəsində minimum 1 il təcrübə
- Komandada işləmə bacarığı
- Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli
İş şərtləri:
- İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi (Nahar fasiləsi verilir)
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Əmək haqqı: 500 AZN+satışdan bonuslar
- Şirkət tərəfindən Uniforma verilir
Təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Böyük komandanın üzvü olmaq
- Karyerada yüksəliş
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Satış təmsilçisi” yazaraq hrm@zeta.az email ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Satış Meneceri
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Nəzarətçi-operator
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
SatıcıSuper Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...