Satış nümayəndəsi
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Odontos LTD şəxsi avtomobili olan satış nümayəndəsi vakansiyası üzrə işçi axtarır. Vakansiya kişi namizədlərə hədəflənib.

İş barədə məlumat:

  • Şirkət məhsullarının satışının təşkili
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi
  • Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi
  • Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı
  • Şəxsi avtomobilinin olması vacibdir
  • Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
  • Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək

Namizədə tələblər:

  • Yalnız kişi namizədlər
  • Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
  • Xoş və səliqəli zahiri görünüş
  • Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
  • Səbrli və nəzakətli
  • İşgüzar və hədəf yönlü
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
  • Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
  • Kollektiv ilə işləmə bacarığı

2008-ci ildən etibarən fəaliyyətə başlayan Odontos şirkəti stomatoloji məhsulların satışı ilə məşğuldur. Yarandığı vaxtdan etibarən yüksək keyfiyyətli stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını həyata keçirir.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı