Qısa məzmun
Böden MMC Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Potensial obyektlərə mərmər, qranit, təbii daşlar, parketlər və bahalı üzlüklər üçün xüsusi bərpa, cilalama və qulluq xidmətinin aktiv satışını həyata keçirmək;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, təyin edilmiş hədəflərə çatmaq;
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi;
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
- Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
- Satışın stimullaşdırılması üçün təkliflər vermək;-
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
- Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Əmək haqqı :500 AZN+bonus
Namizədə tələblər
- Şəxsi avtomobil mütləq olmalıdır;
- Sürücülük vəsiqəsi;
- Ali təhsil;
- Yaş həddi 22-35 arası;
- Rus dili bilməsi mütləqdir;
- Komandada və stres altında işləmək bacarığı;
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;
- Ünsiyyətcil və inandırma bacarığı;
- Öz üzərində işləyən, inkişafa meyilli;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Satış analizini aparmaq bacarığı;
- Vaxtın səmərəli idarə olunması bacarığı;
- Bakı şəhərində qeydiyyatda olmalı;
- Satış sahəsində təcrübə;
- Ezamiyyətlərə hazır olmalıdır (xarici passport olmalıdır);
İş qrafiki:
- 6 günlük iş qrafiki (6-cı gün 09:00 – 14:00)
- 8 saatlıq iş rejimi
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində vakansiyanın adı göstərilməklə hr@boden.az elektron poçtuna göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...