Qısa məzmun
Ə/h razılaşma yolu ilə. BME SH HILTI Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. Sürücülük vəsiqəsi tələb olunur.
Vəzifə Öhdəliyi:
Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi,Hilti Satış Strategiyasının nəzərə alınması,bütün şirkət siyasətlərinə və prosedurlarına riayət edilməsi.
Məsuliyyət sahəsi:
- Mövcud və yeni müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı , müştəri ehtiyaclarının həlli.
- Məhsulların satışı,yeni məhsulların tikinti sahələrində, ofislərdə və istehsal müəssisələrində tətbiqi, müştərilərə məhsullar və onların istifadəsi barəsində məlumatların verilməsi.
- Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satışların həyata keçirilməsi.
- Şirkətin strategiyasına sadiq qalmaq,hər il verilən biznes və inkişaf məqsədləri çərçivəsində bacarıq və qabiliyyətlərinin artırılması.
- Gündəlik hesabatları, müştəri haqqında məlumatları, həftəlik (aylıq) plan və tələb olunan hesabatların rəhbərliyə təqdim edilməsi
- Satışdan sonra, alacaqların toplanılmasını , göstərilən müddətlə təqib edilməsi.
Profil:
- Mühəndislik sahəsində təhsil almış
- Yüksək ünsiyyət bacarığı, satışda müvəffəqiyyət və hədəf yönümlü inkişaf
- Nəticəyə istiqamətlənmiş, dinamik, energetik, ünsiyyət qurmaq və özünü ifadə etmək bacarığı
- Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşmaların olması
- İngilis və Rus dili biliyi, MS Office proqramlarında işləmək bacarığı
- Sürücülük vəsiqəsi
Zəhmət olmasa CV-lərinizi reception@bmesh.az e-mail ünvanına Satış Nümayəndəsi başlığıyla göndərin.
Oxşar vakansiya siyahısı:
Satış Meneceri
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Nəzarətçi-operator
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
SatıcıSuper Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...