Qısa məzmun
ASIA Motors Satış nümayəndəsi (avtomobil satışı sahəsi üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (iqtisadi ali təhsil arzu olunandır);
- Azərbaycan və Rus dilini səlis bilməli, İngilis dilini yaxşı bilməli (təlimlər ingilis dilində olacaq);
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
- Parakəndə avtomobil satış sahəsində təcrübə mütləqdir;
- MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı olmalı;
- Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
- Yeniliklərə açıq olmalı;
- Yaş həddi: 25-35
Vəzifələr:
- Müştəriləri satış salonunda qarşılayıb avtomobil satışının həyata keçirilməsi;
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Reqlamentə uyğun müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
- Yeni satışlar üçün potensial müştərilərlə əlaqələrin təşkili;
- Satdığı və rəqib şirkətlərin müvafiq məhsulları barəsində öyrənilməsi, araşdırılması və analizinin aparılması;
- Təlimlərdə iştirak etməli və inkişaf planına uyğun irəliləməli;
- Satış prinsiplərinə riayət etməli;
- Avtomobil sifarişində yaxından iştirak etməli;
- Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
- Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi
- İş yeri: Babək prospekti
- Karyerada yüksəliş imkanları
Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Satış Nümayəndəsi” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...