Satış mütəxəssisi (dağıtım)
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Başak Group Satış mütəxəssisi (dağıtım) vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil,
  • Ekspeditor, satış dağıtım sahəsində 2-3 il təcrübə (yanlız təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
  • Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
  • Müstəqil və komandada işləmək bacarığı;
  • Məsuliyyət, diqqət, intizam və təşəbbüskarlıq;
  • Ünsiyyət qurabilmə qabiliyyəti;
  • Danışıqlar aparma qabiliyyəti,
  • Xarici dil biliyi arzuolunandır.

Öhdəliklər:

  • Satış kanalları üzrə ümümi iş prinsipinin müəyyənləşdirilməsi, aylıq satış hədəflərinin yerinə yetirilməsi;
  • Dağıtım standartlarının satış nöqtələrindən icraatı;
  • Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış məntəqələrində satışını təmin etmək, bununla bağlı yaranan problemləri aradan qaldırmaq;
  • Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;
  • Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir;
  • Satışın artırılması üçün mövcud müştərilərlə məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
  • Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək; şənbə yarı iş rejimi,
  • Əməkhaqqı: 700-1000 AZN + Bonus (KPİ),( Namizədin bilik-bacarıqlarından asılı olaraq dəyişir).
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Korporativ nömrə
  • Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr

Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Satış mütəxəssisi-dağıtım” yazaraq göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı