Qısa məzmun
Başak Group Satış Müdiri (Korporativ şöbə) vəzifəsi üzrə vakansiya elan edir. Satış bacarığı və effektiv satış təcrübəsi olmalıdır.
Namizədə aid tələblər:
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışıq qabiliyyəti;
- Müvafiq vəzifə üzrə minimum 4-5 il təcrübə;
- Yüksək Microsoft Ofis proqramları biliyi;
- Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
- Dürüstlük və kollektivdə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Bazarın araşdırılması;
- Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
- Müştəri bazasının formalaşdırılması
- Şirkətin satış həcminin artırılmasına dəstək;
- Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
- İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
- Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- . Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.
İş qrafiki:
- Həftə içi 6 gün saat 09:00-18:00.
- Əməkhaqqı: 2000 AZN
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Satış müdiri” yazaraq göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisiAzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Merçendayzer
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1300 ₼
Optik Tibbi NümayəndəAzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...