Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Satış məsləhətçisi (Masallı) vəzifəsi üzrə vakansiya elan edir. Satış təcrübəsi arzuolunandır.
Tələblər:
- Satış təcrübəsi arzuolunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı.
Vəzifələr:
- Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 6 gün iş, 1 gün istirahət.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV formasını mövzu yerində “Satış məsləhətçisi (Masallı)” yazaraq [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.