Qısa məzmun
“AQA Şirkətlər Qrupu” nəzdində fəaliyyət göstərən Music Gallery brendinə aid elektronika mağazası 28 May filialı üzrə “Satış məsləhətçisi” vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
- Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Qoyulmuş satış hədəflərinə çatmaq;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək
Tələblər
- Ali və ya orta təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
- Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı;
- Güclü ünsiyyət, problem həll etmə və qərar vermə bacarığı
Əlavə məlumat
6 günlük iş qrafiki (növbəli)
Oxşar vakansiya siyahısı:
400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisiAzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Meneceri
BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...