Qısa məzmun
“AQA Şirkətlər Qrupu” nəzdində fəaliyyət göstərən Music Gallery brendinə aid elektronika mağazası 28 May filialı üzrə “Satış məsləhətçisi” vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
- Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Qoyulmuş satış hədəflərinə çatmaq;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək
Tələblər
- Ali və ya orta təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
- Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı;
- Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı
Əlavə məlumat
6 günlük iş qrafiki (növbəli)
Oxşar vakansiya siyahısı:
500₼
Fitness avadanlıqları üzrə Satış MəsləhətçisiLife Fitness (showroom) - “Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi” vakansiyasını elan edir. ...
1800₼
Regionlar üzrə satış müdiriİceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Satıcı-kassir
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Satış məsləhətçisiZuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...