Qısa məzmun
Zeta Group-The Entertainer oyuncaq mağazası Satış məsləhətçisi məsələsi vəzifəsi üzrə vakansiya elan edir.
Zeta Şirkətlər Qrupu 2012-ci ildə Azərbaycanda yaradılıb və o vaxtdan bəri dörd sektorda, yəni Moda, Qida və İçki, İdman və Oyuncaqlar üzrə maraqları olan böyük diversifikasiyalı pərakəndə satış qrupuna çevrilib. Zeta hər bir fəaliyyət sektorunda bir çox qlobal aparıcı françayzinq brendlərini təmsil edir (məsələn, Ted Baker, Pinko, İpekyol, Carpisa, The Entertainer, Life Fitness və s.).
Mağaza ünvanları: Dəniz Mall, Gənclik Mall
Namizədə tələblər:
- Yaş: 18-27 arası namizədlər
- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
- Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis (arzuolunandır)
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
Əsas vəzifə öhdəlikləri:
- Satış texnikasının professional üslublarından effektiv istifadə etmək;
- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
- Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.);
- Səliqəli görünüşü təmin etmək (forma,gigeyena, və s.);
- Rəhbər şəxslərin verdiyi tapşırıqların yerinə yetirilməsi
İş şərtləri:
- İş vaxtı: 2 növbəli qrafik 10:00-19:00 ; 13:00-22:00 (Hər iki növbəyə uyğun gələn namizədlər)
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Şirkət tərəfindən Uniforma verilir
- Əmək haqqı 500 AZN + satışdan bonuslar
Təklif edirik:
- Karyerada yüksəliş imkanları
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi” yazaraq hrm@zeta.az email ünvanına və ya +994552057787 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...