Qısa məzmun
Baku Digital şirkəti online satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat :
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək;
- Müştərilərdən məlumatları toplamaq, təhlil etmək və təkliflər vermək;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
- Məhsulu müştəriyə təqdim etmək;
- Mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək;
- Müştərilərin tələb və suallarını diqqətlə dinləmək;
- Məhsullar haqqında məsləhətlər vermək və alış üçün seçimləri təklif etmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
- Satışın artırılması məqsədilə müştəriləri daim inandırmaq və məlumatlandırmaq.
Tələblər:
- Müxtəlif məhsul kateqoriyalarının (elektronika, məişət texnikası, ev üçün əşyalar və s.) satışı üzrə minimum 6 aylıq iş təcrübəsi;
- Azərbaycan dilini və rus dilini əla səviyyədə bilmək
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
- Aktiv satış bacarığı;
- Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
- Problemləri effektiv şəkildə həll etmək;
- Gərgin iş qrafikində işləmək və stresə davamlılıq.
Göstərilən tələblərə cavab verən şəxslərin və yalnız Bakıda yaşayan xanım namizədlərin CV-lərini “satış məsləhətçisi” başlığı ilə fatima.nasibova@barkodelectronics.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...