Qısa məzmun
AVVA şirkəti Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq
- Müştəriləri brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik etmək
- “Müştəri xidmətləri” standartlarına uyğun xidmət göstərmək
- Mağazada məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
- Şirkət daxili nizam-intizam qaydalarına əməl etmək;
Namizədə tələblər
- Aidiyyatı sahə üzrə 3 il iş təcrübəsi
- Müştərilərlə işləmək qabiliyyəti
- Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili və ya digər xarici dil bilikləri arzu olunandır
- Ünsiyyətcil, təşəbbüskar
- Komandada işləmək bacarığı
- Nəzakətli, xoş görünüşlü və məsuliyyətli
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
İş rejimi və əmək haqqı:
- Həftədə 6 gün, iş qrafiki növbəlidir
- 450AZN və satışdan yüksək faiz
- AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@avva.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış məsləhətçisi” şəklində göstərməyiniz
xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki,
işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...