Qısa məzmun
OMİD MMC şirkəti Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
İş barədə məlumat:
- Mağazanın satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) həyata keçirməlidir;
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
- Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.
Namizədə tələblər:
- 18-30 yaş
- Bəsit riyazi biliklərin olması vacibdir
- Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
- Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Əmək haqqı: 400-500 manat
Uyğun namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Life Fitness (showroom) - “Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi” vakansiyasını elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...