Qısa məzmun
Ə/h 400-600 AZN + Bonus. OMİD MMC şirkəti Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Namizədə tələblər:
- Cinsi: Xanım
- Təcrübə: 1-2 il (müvafiq sahə üzrə)
- Dil bilikləri: Azərbaycan dili-Səlis
- Təhsil: Orta və ya texniki təhsil
- Elementar riyazi hesablamalar
- Satış haqqında ümumi anlayış
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir
İş qrafiki:
- 09:00-dan 18:00-dək
- Həftə içi 6 gün
- 1 gün istirahət
- Əməkhaqqı: 400-600+Bonus
- Nahar şirkət tərəfindən verilir
- AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
İş haqqında məlumat:
- Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.
Qeyd : Yeni vakansiyamız (Buzovna,, Mərdəkan, Şağan, Şüvəlan, Binə) ərazilərində yaşayan və yaxın olan namizədlər müraciət edə bilər.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Satış məsləhətçisi” yazaraq cv@omid.az göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 184 ünvanında yerləşən baş ofisə gəlmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal" LTD şirkəti Bölgə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...