Gəncə filialı üzrə Universal satış məsləhətçisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ATB Bank Gəncə filialı üzrə Universal satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir:

  • Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq prosedurlar əsasında fiziki şəxslərə bank hesabları açmaq;
  • Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq prosedurlar əsasında fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar aparmaq;
  • Depozitlərin növü, şərtləri, tətbiq edilən faiz dərəcələri haqqında müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozitləri qəbul etmək:
  • Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
  • Bankın təklif etdiyi mәhsul və xidmətlərinə dair müştərilərin tәklif və iradlarını qəbul etmək, filial rəhbərinə çatdırmaq;
  • Bankın xidmət şəbəkəsi (filiallar, bankomatlar, POS-terminallar və s.) barəsində məlumatlar vermək;
  • İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
  • Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək.

Tələblər:

  • Ali təhsil (iqtisadi olması arzuolunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/kzpg6cnr

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı