Qısa məzmun
Ə/h 1000-1200 AZN. Nurgun Holding Avtomobil üzrə Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Sürücülük vəsiqəsi tələb olunur.
İş barəsində:
- Satışı ilə məşğul olduğu brend və model haqqında müştərilərə məlumat vermək;
- Müştərilər üçün seçilmiş model üzrə sınaq yürüşləri təşkil etmək;
- Aktual satış kampaniyaları barəsində müştəriləri məlumatlandırmaq;
- Müştəriləri maraqlandıran sualları cavablandırmaq;
- Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
- Satılan avtomobili müştəriyə təhvil vermək;
- Avtomobillər və onların xüsusiyyətlərini tədqiq etmək, rəqibləri mütəmadi izləmək;
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri (Səlis nitq qabiliyyəti və Rus dili mütləqdir, ingilis dili əlavə üstünlükdür);
- Sürücülük vəsiqəsi;
- Satış sahəsində iş təcrübəsi (Avtomobil sahəsində təcrübəyə üstünlük verilir);
- Müştəri ilə işləmək bacarığı;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
- Normal xarici görünüşə sahib, ünsiyyətcil, öz üzərində işləməyə və inkişafa meylli şəxslərə üstünlük veriləcəkdir;
- Yaş həddi 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə “avtomobil üzrə satış məsləhətçisi” yazmaqla hr@nurgun.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
800 — 1300 ₼
Optik Tibbi NümayəndəAzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...