Qısa məzmun
Ə/h 500 -800 AZN. Baku Electronics LTD Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştəriləri mağazada qarşılamaq, mallar haqqında ətraflı məlumat vermək;
- Müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün şərait yaratmaq, məhsullar üzrə məlumat və məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
- Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
- Mağazadakı vitrinlərin normativlərə uyğun mal düzülüşünü təmin etmək;
- Karyerada yüksəliş və artan əmək haqqı imkanı əldə etmək;
- Sahə üzrə bilik və bacarıqlarının artırılması imkanları əldə etmək.
Namizədə tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Ali təhsil;
- Yaş: 20-30
- Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
- İşinə qarşı həvəsli, yeniliklərə açıq;
- Öyrənməyə meyilli;
- Etibarlı, çevik, mehriban və gülərüz;
- Düzgün şifahi nitq qabiliyyəti və xoş, səliqəli xarici görünüş.
- Əmək haqqı: 500-800
QEYD: CV-lərin şəkilli formatda hr@bakuelectronics.az elektron poçt ünvanına “Satış məsləhətçisi” başlığı ilə göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Zəng mərkəzinin operatoru
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...