Satış meneceri
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil (biomühəndislik və ya tibb ixtisası üzrə tələb olunur );
  • Tibbi biliklərə və ya tibb sahəsində təcrübə;
  • Xarici dil biliyi (İngilis dili və rus dili);
  • Satış meneceri və ya müvafiq sahədə minimum 1 il təcrübə;
  • Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı;
  • Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.

 

Vəzifə Öhdəlikləri:

  • Laboratoriya cihazları, avadanlıqlar, reaktivlər və digər tibbi ləvazimatların satışını təşkil etmək və həyata keçirmək;
  • Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək;
  • Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək;
  • Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq;
  • Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq;
  • Satış prosesinin hər bir mərhələsini izləmək, təhlil etmək və satış fəaliyyətlərini optimallaşdırmaq;
  • Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək.

 

İş şəraiti:

  • Əmək haqqı: 600-1300 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir)
  • İş rejimi: I-V günlər – 09:00-18:00.
  • Peşəkar inkişaf imkanları və komandada iş mühiti.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Satış meneceri” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar vakansiya siyahısı:

800 — 1300 ₼
Optik Tibbi Nümayəndə

AzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı