Layihə-Satış Meneceri (Maye İnşaat Qarışıqları üzrə)
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mətanət A Şirkətlər Qrupu Layihə-Satış Meneceri (Maye İnşaat Qarışıqları üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • İnşaat qarışıqları (boyalar, astarlar, epoksid döşəmə örtükləri, hidroizolyasiya və s.) haqqında məlumatlı olmaq və bu məhsulları layihələrdə təqdim etmək.
  • Müştərilərlə satışyönümlü görüşlər keçirmək və danışıqlar aparmaq.
  • Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı möhkəmləndirmək.
  • Müştəri tələblərini başa düşmək və onlara uyğun həllər təklif etmək.
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq üçün daimi əlaqədə olmaq.
  • Satış görüşlərini təşkil etmək, müştəri sorğularını cavablandırmaq və müqavilələr bağlamaq.
  • Bazar trendlərini izləmək, rəqibləri təhlil etmək və yeni satış imkanlarını müəyyənləşdirmək.
  • Məhsul və xidmətlərin bazar tələblərinə uyğun olmasını təmin etmək üçün təkliflər hazırlamaq.

   Tələblər:

  • İnşaat materialları sahəsində təcrübə və biliklər.
  • Satış prosesində təcrübə və müştərilərlə effektiv ünsiyyət bacarığı.
  • Yüksək səviyyədə analitik düşüncə və bazar araşdırması bacarığı.
  • Müştəriyönümlü yanaşma və müştəri məmnuniyyətinə fokuslanma.
  • Komandada işləmə və müstəqil qərar vermə bacarığı.

İş şəraiti:

  • İş yeri: Luxen Plaza
  • İş qrafiki: 5 günlük
  • İstirahət: Şənbə və bazar günü.
  • Korporativ nömrə
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.az ünvanına CV-ni göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı