Qısa məzmun
Rocco Group Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir
İş barədə məlumat:
- Bakı şəhərində yerləşən Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə birdəfəlik məhsulların tanıtımını və aktiv satışı həyata keçirmək
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
- Məhsul və xidmətləri müştərilərə tanıtmaq
- Satışın stimullaşdırılması üçün təkliflər vermək
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq
- Müştəri bazasının artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək
- Əmək haqqı 750 — 1500 AZN (fix əmək haqqı + satışdan faiz)
- İş qrafiki: Həftə içi 6 gün, bazar günü istirahət
Namizədə tələblər:
- Şəxsi avtomobil mütləq olmalıdır
- Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır)
- Komandada və stres altında işləmək bacarığı
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
- Ali təhsil
- Yaş həddi 21-35 arası
- Ünsiyyətcil və inandırma bacarığı
- Öz üzərində işləyən, inkişafa meyilli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Satışın analizini aparmaq bacarığı
- Vaxtın səmərəli idarəolunması bacarığı
- Sürücülük vəsiqəsi.
Tələblərə uğun namizədlər mövzu yerində “satış nümayəndəsi“ öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...