Qısa məzmun
Gədəbəy Mineral Suları- MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Şirkət məhsullarının mövcud satışını analiz etmək , satışın artırılması üçün yeni layihələrin , satış kanallarının hazırlanıb təqdim edilməsi;
- Daxili bazarda biznes imkanlarının artırılması üçün daxili şöbələr və digər yerli şirkətlərlə qarşılıqlı şəkildə tədbirlər planının hazırlanması;
- İllik və aylıq hədəflərin müəyyənləşdirilməsi, bunun əsasında rəhbərliyə təqdimatın həyata keçirilməsi;
- Müvafiq satış şöbəsinin işini təşkil etmək, bölgə müdirlərinə müvafiq tapşırıqları vermək;
- Hədəf əsasında satış nümayəndələrinin iş bölgüsünün həyata keçirilməsi, satış planının hazırlanması;
- Mövcud müştərilər bazasının qorunub saxlanılması, genişləndirilməsi yolunda tədbirlərin həyata keçirilməsi;
- Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
- Müştərilən ehtiyac meyarlarının müəyyən edilməsi, sorğuların təşkili əsasında problemlərin müəyyən edilməsi, baş verən problemlərə qarşı operativ həll yollarının təşkil edilməsi;
- Yeni satış nümayəndələrinin işə alımının həyata keçirilməsində birbaşa iştirak etmək;
- Satış nümayəndələrinin ərazilər üzrə bölgüsünün həyata keçirilməsi;
- Müştəri rəyləri əsasında hesabat hazırlanaraq rəhbərliyə hesabat vermək;
- Komandanın performansını izləmək və onları hədəflərə çatmaq üçün motivasiya etmək;
- İşçilərin təlim ehtiyacının müəyyən olunması, daha keyfiyyətli xidmətin həyata keçirilməsi üçün İR şöbəsi ilə geniş əməkdaşlıq;
- Satış rəqəmlərinin tərtibi və təhlili;
- Rəqib şirkətlər və onların təqdim etdiyi məhsulları araşdırılmasını mütəmadi həyata keçirmək;
Tələblər:
- Müvafiq sahə üzrə təhsil
- Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı
- Azərbaycan, rus, ingilis dillərini bilmək;
- MS office proqramlarını yüksək səviyyədə bilməli
- Komanda şəklində işləməyi bacarmalı
- Təhlil və analiz etmə qabiliyyəti;
- İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
İş Reji̇mi̇ və Di̇gər Şərtlər:
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar;
- İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 Dərnəgül Tikinti Sənayesi
Müraciət etmək istəyən namizədlərdən CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Satış müdiri(19L)” qeyd edərək göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...