Satış Meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Online Trading Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli, disiplinli, açıq fikirli olmalıdır.

“Online Trading” MMC –nin əsas fəaliyyət istiqaməti müxtəlif internet layihələrdir. Hazırda şirkət Azərbaycanın ən böyük onlayn-hipermarketinin (Alsat.az saytının) yaradılmasını həyata keçirir. Şirkətin gələcək planlarında qlobal bazarı hədəfləyən çox böyük xidmət satışı saytının istifadəyə verilməsi və inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Satış Meneceri

Vəzifə öhdəlikləri:

  • Layihə Menecerinin tapşırıqlarını icra etmək;
  • Online mağazada satış reallaşdıra bilmələri üçün müxtəlif vendorlar (satış müəssisələri və ya şəxsləri) tapıb, onlarla görüşlər keçirtmək, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında onları əməkdaşlığa cəlb etmək;
  • Davamlı bazar araşdırmaları edib, yeni məhsullar və ya şirkətləri tapıb, əməkdaşlığa cəlb etmək;
  • Satış dövründə tələbatı müəyyən edib, həmin məhsullarla bağlı düzgün strategiya formalaşdırmaq üçün təkliflər vermək;
  • Davamlı trendləri izləmək və yeni trend yarada bilmək üçün planlar qurmaq;
  • Həftəlik və aylıq nəticələrin demonstrasiyası;
  • Əməkdaşlar və müştərilər üçün motivasiya xarakterli planlar hazırlayıb, rəhbərliyə təklif etmək.

Tələblər:

  • Təhsil: Təhsil – Ali
  • Təcrübə: Minimum 3 il
  • Dil bilikləri: Azərbaycan Dili – mükəmməl, İngilis və Rus dili (üstünlükdür)
  • İT üzrə biliklər: MS Office proqramları, İnternet axtarış (mükəmməl)

Təkliflər:

  • Rəqabətli əmək haqqı (namizədlə müzakirə olunacaq)
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Bank kartı ilə əmək haqqı ödənişi
  • Yüksək səviyyəli iş avadanlığı
  • Metrodan 10 dəqiqəlik piyada məsafədə rahat ofis (Plaza)
  • İş saatları: 10:00-dan 19:00-dək;
  • Nahar fasiləsi 14:00-dan 15:00-dək;

Səriştəlik:

  • Məsuliyyətli, disiplinli, açıq fikirli
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və icra etmək bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Təşəbbüskarlıq, planlı düşüncə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@onlinetrading.az elektron ünvanına mövzu yerinə “Satış Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Satıcı

\Supertoys oyuncaq mağazasının Sədərəkdə  yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...

Super Toys

06.10.2025 - Bakı

600 — 700 ₼
Korporativ Satış üzrə Mütəxəssis

Super Toys  Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı

600 — 1000 ₼
Satış təmsilçisi

Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Doğtaş Mebel MMC

02.10.2025 - Bakı

Satış Aqenti

189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

02.10.2025 - Bakı

Продавец-консультант

Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur.  ...

Zuleykha Accessories

02.10.2025 - Bakı

Merçendayzer

Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...

Abşeron-Şərab ASC

05.09.2025 - Sumqayıt