Qısa məzmun
LİBRAFF MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir.
“LIBRAFF” Sumqayıt filialına satıcı-kassir tələb olunur
Tələblər:
- Satış sahəsində azı 6 ay iş təcrübəsi;
- Ali təhsil arzuolunandır;
- Beynəlxalq və yerli nəşrlər, eləcə də müəlliflər barədə məlumatlı olmaq;
- Satış prinsipləri və texnikaları sahəsində baza biliklərinə sahib olmaq;
- Kassada işləmə bacarığı üstünlükdür
- Müştəriyönümlülük, yüksək müştəri xidməti bacarığı;
- Yaxşı şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Detallara diqqət yetirmək bacarığı;
- Mükəmməl Azərbaycan, orta səviyyədə ingilis və rus dili bacarığı;
- MS Ofis (Word, PowerPoint, Excel) kompüter proqramlarından orta səviyyədə istifadə bacarığı.
Biz nə vəd edirik?
- Növbəli həftəlik 40 saatlıq iş qrafiki
- Vaxtında ödənilən əmək haqqı
- Mağaza məhsullarına endirim
- Gənc mehriban komanda
Şirkət haqqında:
2017-ci ildə təsis olunmuş “LIBRAFF” Azərbaycan kitab ticarəti sahəsində ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı, Gəncə və Sumqayıt şəhərlərində yeddi mağaza ilə təmsil olunur.
Müraciət üçün e-mail: human.resources@libraff.az
Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və şəhərin adını qeyd etmək tövsiyyə olunur.
Oxşar vakansiya siyahısı:
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...