Qısa məzmun
Micro Tech Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. Liderlik keyfiyyətlərinə malik olmalıdır.
İş barədə məlumat:
- Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması
- Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir
- Yeni müştərilərə “soyuq” zənglərin edilməsini icra edir
- Görüş və təqdimatların təşkil edilməsini təmin edir
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Tender ilə bağlı əməliyyatların yerinə yetirilməsi
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Korporativ satış planının yerinə yetirilməsi
- Çalışma qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Ali təhsil (Satış və marketinq sahəsində)
- İş təcrübəsi: Korporativ satış sahəsində 1-3 il
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir
- idarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli
- Müştəriyönümlü satış etmək bacarığının olmalı
- Liderlik keyfiyyətlərinə malik olmalı
- Korporativ idarəetmənin prinsiplərini bilməlidir
Müraciət etmək istəyən şəxslər CV və Portfoliolarını e-mail ünvanına göndərməlidirlər
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...