Qısa məzmun
Focus Optika Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı.
Vəzifələr:
- Müvafiq qaydada satış hədəflərini təyin etmək və idarə etmək;
- Müştəri ehtiyac və məqsədlərini aşkarlamaq üçün onlarla daim ünsiyyətdə olmaq;
- Güclü, uzunmüddətli şirkət və müştəri münasibətlərini yaratmaq, inkişaf etdirmək və idarə etmək;
- Rəqibləri, bazarda tələbatını, dəyişkən tendensiyaları araşdıraraq satış həcmini yüksəkdə saxlamaq;
- Satış komandasının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
- Komandanın motivasiyasının yüksək saxlanılması üçün təkliflər hazırlamaq və komandanın hədəflərinə çatmasında lazımı dəstəyi təmin etmək;.
İş şəraiti:
- İş qrafiki: 09:00-17:00 , 6 günlük iş qrafiki
- Əmək haqqı razılaşma yolu ilə
Namizədə tələblər:
- Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
- Satış sahəsi üzrə ən azı 3 il təcrübə;
- Azərbaycan və Rus dillərində mükəmməl yazma və ünsiyyət bacarığı;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Məlumatların təhlili, hesabatların hazırlanması və tendensiyalar əsasında strateji qərarların verilməsi sahəsində təcrübəsi olmalıdır;
- Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
- Satış sahəsi üzrə nəzəri və praktiki bilgiləri, komanda idarəedilməsi bacarığı olmalıdır;
- Yüksək səviyyədə ünsiyyət qurma və təqdimat bacarığı;
- Dürüstlük və məsuliyyətlilik.
Uyğun və maraqlanan şəxslər CV-lərini mövzu (subject) hissəsinə “Satış Meneceri” başlığı altında e-mail ünvanına göndərə bilərlər.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...