Менеджер по продажам
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Algorithmics – unikal EdTech şirkətidir.

Artıq 5 ildir ki, biz 21-ci əsrin bacarıqlarını öyrədirik. Bu gün “Alqoritmika” dünyanın 55 ölkəsində mövcuddur. Bundan əlavə olaraq biz yeni layihələrlə genişlənməyə davam edirik.

Biz uşaqlara və böyüklərə dərs deyirik, məktəblər, dövlət qurumları və böyük şirkətlərlə əməkdaşlıq edirik.

İndi isə böyüklərə İT peşələri üzrə təlim keçmək üçün layihəyə satış meneceri axtarırıq.

Tapşırıqlar:

  • Daxil olan sorğular üzrə məhsulumuzu müştərilərə aktiv şəkildə satmaq. Müştəriləein ehtiyaclarının müəyyənləşdirilməsi və formalaşdırılması və məhsulumuzun dəyərini çatdırılması.
  • Müqavilə bağlanana qədər prosesi müşayiət etmək (müsahibə, faktura və müqavilənin hazırlanması).
  • CRM-i ətraflı şəkildə aparmaq və gələn potensial müştərilərlə bağlı menecerə rəy bildirmək

Tələblər:

  • Əla səviyyədə Azərbaycan dili biliyi və rus dilində səlis danışıq bacarığı;
  • Bacarıqlı nitq və ünsiyyət sevgisi. İnsanlarla dialoqa necə başlayacağını bilməli;
  • Stress müqaviməti, əzmkarlıq və hər bir siyuasiyada müsbət münasibət;
  • “CRM” sistemində işləmək bacarığı;
  • Satış texnikalarını bilmək, eyni zamanda qeyri-ənənəvi dialoq aparmaq bacarığı;
  • Etirazları idarə etmə bacarığı;
  • Təhsil və İT sahəsinə maraq;
  • Satış sahəsində 1 ildən az olmayan təcrübə.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Stabil əmək haqqı + ay sonu bonus.
  • Evdən işləmə imkanı.
  • Gənc, daim dəstək göstərməyə hazır, mehriban komanda ilə işləmək

CV-lərinizi “менеджер по продажам ” başlığı ilə  mail ünvanına göndərməniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 1300 ₼
Satış meneceri

AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı

800 — 1300 ₼
Optik Tibbi Nümayəndə

AzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı