Satış Meneceri
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400 -500 AZN + Bonus. BSC Consulting & Outsourcing Company Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

  • Ali təhsil (Mühəndislik, texniki təhsil)
  • Tikinti məhsulları haqqında bilgi və satış sektorunda 3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə  rus və ingilis dilləri arzuolunandır;
  • Təqdimat hazırlama və təqdimat keçirmək, müxtəlif dövrlər (günlük, həftəlik, aylıq, rüblük, illik) hesabatların aparılması
  • İdarəetmə qabiliyyəti
  • İşi planlamaq bacarığı
  • Nəticə yönümlülük
  • Əlaqə qurmaq bacarığı
  • Aktiv dinləmə bacarığı
  • Müştərinin etibarını qazanmaq qabiliyyəti
  • Danışıqların idarə etmə qabiliyyəti

Vəzifə və öhdəliklər:

  • Müştəri portfelinin genişləndirilməsi üzrə işlərin aparılması, B2B görüşlərin keçirilməsi;
  • Yeni müştərilərlə uzunmüddətli münasibətlərin yaradılması və loyallığın artırılması üzrə işlərin aparılması;
  • Müştərilərilərin tələblərinin öyrənilməsi, təklif edilən xidmətlərin müştəri üçün vacibliyinin vurğulanması;
  • Gələcək iş birliyi aparılacaq şirkətlərlə bağlı proqnoz və planların hazırlanması
  • Marketinq tədbirlərində iştirak edilməsi

Biz Sizə nə təklif edirik:

  • Peşəkar, mehriban komandada iş
  • Kreativ iş şəraiti
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək haqqı 400-500 AZN + yüksək bonuslar

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı