Qısa məzmun
Ə/h 400-500 AZN. OMİD MMC Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Mağazanın fasiləsiz satış işini təmin etməlidir
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Mağazanın ona təhkim edilən şöbəsini təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır
- Anbardan malları qəbul edərkən onların tamlığına, qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir
- İş qrafiki: Həftə içi 6 gün (1 gün istirahət)
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır
Namizədə tələblər:
- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan)
- Elementar riyazi hesablamaları
- Satış texnikası və prinsiplərini
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Satış məsləhətçisi” yazaraq habib.valiyev@omid.az ünvanına göndərmələri və ya N.Nərimanov ray.Əhməd Rəcəbli 44 ünvanında yerləşən Omid mağazasının baş ofisinə yaxınlaşaraq “İşə müraciət anketi” doldurmaları xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...