Satış məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AGA Group Baş Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

“AQA Şirkətlər Qrupu” nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Gənclik Mall filialı üzrə “Baş satış məsləhətçisi” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Strateji inkişaf, satış, gündəlik planlaşdırma, bütün tapşırıqların göstərildiyi qaydada yerinə yetirilməsində mağazanın menecmentinə kömək etmək
  • Mağaza heyəti ilə keçirilən gündəlik/həftəlik/aylıq iclaslarda iştirak etmək (gündəlik hər növbə üzrə gündə iki dəfə, həftəlik və aylıq iclaslar razılaşdırılmış tarix və ya günlərdə keçirilir). Gündəlik planların, cədvəllərin, xəbərlərin, əsas məqamların, problemlərin müəyyənləşdirilməsi, tapşırıq və rəylərin prioritetləşdirilməsi üçün cavabdehlik daşımaq.
  • Mağazanın menecmenti ilə gündəlik plan və tapşırıqları müəyyən etmək..
  • Faktiki satış prosesində iştirak etmək.
  • Satış prosesinin bütün aspektlərində iştirak etmək, lazım olduqda müştərilərə kömək etmək, məhsul haqqında tələb olunan məlumatı vermək, kassada satış prosesinin başladılmasına və bağlanmasına kömək etmək.
  • İşçilərin müştəri bazası ilə münasibətlərinə nəzarət etmək, xidmətin düzgün qaydada göstərilməsini, hər şirkət və brendin təlimatlarına əsasən düzgün məlumatların göndərilməsini təmin etmək (zənglər, WhatsApp, Telegram və SMS). Satışları bağlamaq üçün bu kanaldan düzgün qaydada istifadə edilməsini təmin etmək.
  • Əsas Effektivlik Göstəriciləri
  • İnkişaf üçün tövsiyələr vermək.
  • Problemli, korlanmış, itirilmiş məhsullar, müştəri şikayətləri, yanlış çatdırılma/köçürmə, etiketləmə, nişanlama və asma haqqında mağazanın menecmentinə məlumat vermək.
  • Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq.
  • Satış hədəflərinin vaxtında müəyyən edilməsini, onlara gündəlik nəzarət olunmasını, hər bir işçinin müəyyən edilmiş hədəflərin əldə olunmasına töhfə verməsini təmin etmək.
  • İşçilərin cədvəllərini gündəlik nəzərdən keçirmək, dəyişiklikləri, əvəzçilikləri, məzuniyyətləri, xüsusi məzuniyyət tələblərini təsdiq etmək.
  • Mağaza işçilərinin sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizliklə əlaqədar şirkət və brendlərin qayda-qanunlarına əməl etməsini təmin etmək, iş saatları ərzində intizam və tabeliliklə bağlı problemlər üçün cavabdehlik daşımaq.

Tələblər

  • Ali və ya orta təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi arzuolunandır;
  • Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
  • Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı;
  • Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı.

https://qlor.me/ltfeskjhwq

Oxşar vakansiya siyahısı:

Bölgə Müdiri

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

1500 — 2000 ₼
Satış təmsilçisi

CMT Group MMC Satış təmsilçisi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

22.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

22.04.2024 - Bakı

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

02.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

01.04.2024 - Bakı