Qısa məzmun
Sinteks Group of Companies Satış Əlaqələri üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Satış Əlaqələri üzrə Administrator tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu rolu mağazaların mövsümi və illik satın alınan mallarla təmin edilməsi üçün tərəfdaşlarla ünsiyyət qurmaqdan ibarətdir.
Vəzifə öhdəlikləri:
- Satınalma mövzusunda tərəfdaşlarla ünsiyyət qurur.
- Sifarişlərin verilənlər Bazasına daxil edilməsi üçün sifarişlərin təsdiqini təmin edir
- Vauçerler hazırlayır və ödənişin təsdiqlənməsi barədə tərəfdaşlara məlumat verir
- Verilən sifarişləri mövsümi və illik təsdiq edilmiş büdcələrlə müqayisə edir
- Gələcək təchizat müqaviləsi üçün yeni markalar haqqında müqavilələr üzrə vəkilə məlumat verir
- Ticarət əlavələrin yoxlayır və valyuta məzənnələrini daxil edir
- Qüsurlu mallar haqqında tərəfdaşları məlumatlandırır və məlumat bazasından çıxarır
- Qaçırılmış malları müəyyənləşdirir və təzminat tələb edir
- Uyğun olan hesabatları hazırlayır
- Mövsümi və illik balans hesabatlarını müqayisə edir və bağlayır
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil dərəcəsi. İqtisadiyyat və Maliyyə ixtisası üzrə təhsil üstünlükdür
- Təcrübə:
- Satınalma/ təchizat zənciri sahəsində ən azı 1 illik təcrübə
- Professional biliklər:
- Satınalma haqqında əsas biliklər
- Maliyyə haqqında əsas biliklər
- Rus dili və İngilis dili yaxşı səviyyədə
- MS Office Proqramları
- Professional bacarıqlar və kompetensiyalar:
- İşgüzar ünsiyyət
- Analitik düşüncə
- Zamanın idarə olunması
- Detallara və nəticəyə yönümlülük
- Analitik düşüncə
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Əlaqələri üzrə Administrator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...