Qısa məzmun
STP Global Cable Satış Direktoru vəzifəsi üzrə vakansiya elan edir. Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilməlidir.
“Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi “STP Global Cable” MMC, Satış Direktoru vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, satış sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ideal namizəd :
- Ali təhsil;
- Müvafiq sahədə 5 – 7 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını bilməli;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus/ingilis dili bilgisi üstünlükdür);
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;
- Şifahi və yazılı kommunikasiya bacarıqlı olmalı;
- Təqdimat və təsiretmə bacarıqlı olmalı;
Hansı işləri görəcəksiniz :
- Daxili və xarici bazar payınının genişləndirilməsi istiqamətində satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Bütün növ Kabel məhsulları, Elektrik avadanlıq və qurğuları ilə əlaqəli kommersiya fəaliyyəti işlərinin təşkil edilməsi;
- Məhsul çeşidi və ölkə baxımından yeni bazarların axtarışı, dəyərləndirilməsi, satışın təşkili və inkişafı;
- Satış əməkdaşları tərəfindən hesabatlılığın təmin edilməsi və hesabatların dəyərləndirilməsi ilə uyğun tədbirlərin həyata keçirilməsi;
- Departamentin daxili və xarici satış bölmələrinin idarə edilməsi;
- Satış menecerlərinin təlimatlandırılması, hədəflərin təyin olunması;
- Şirkətin satış həcminin artırılması;
- İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması;
- Müştəri debitor borclarının idarə edilməsi;
- Tenderlərdə iştirakın lazımi şəkildə təmin olunması;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək;
- Satış təmsilçilərinin dövriyyələrinə nəzarət etmək;
- İşgüzar tədbirlərdə şirkətin təmsil olunması;
- Görülən işlərə dair dövrü hesabatların birbaşa rəhbərliyə təqdim edilməsi.
Nə əldə edəcəksiniz ?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Adekvat əmək haqqı və satış nəticələrinə müvafiq bonus;
- Davamlı karyera imkanı;
Əlavə məlumatlar :
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Direktoru” yazaraq, 20 mart 2021 – ci il tarixinədək hrglobalcable@stp.az ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...