Qısa məzmun
Ə/h 2000 AZN + bonus. Collezione Italia Satış departament rəhbərinin müavini vəzifəsi üzrə vakansiya elan edir. Analitik təhlil qabiliyyətinə sahib olmalıdır.
Tələblər:
- Ali təhsil;
- 30-45 yaş həddi;
- Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı;
- Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
- Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
- Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
- Analitik təhlil qabiliyyətinə sahib olmalı;
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
- İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;
Vəzifə öhdəlikləri:
- Satış departamentinin iş prinsiplərinə uyğun olaraq struktur bölmənin işinə nəzarət etmək;
- Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və nəticələrin departament rəhbərinə təqdim olunması;
- Mağazanın satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə birbaşa rəhbəri ilə daimi əlaqədə olmaq;
- Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
- Departament işçilərinin vəzifələrinin keyfiyyətli və vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
- Struktur bölmənin işçilərinin işinin ilkin qiymətləndirməsini apararaq departament rəhbəri ilə müzakirə olunması;
- Satış ilə əlaqədar qərarların verilməsi prosesində iştirak etmək;
- Satış Departamentinin tabeçiliyində olan əməkdaşların, Cəmiyyətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidi
- Şourumda normal iş şəraitinin yaradılması üçün aidiyyəti struktur vahidləri qarşısında məsələ qaldırır və onlarla birlikdə işləyir
- Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması
- İşçinin iş prosesinin nəzarətdə saxlanılıb izlənməsi
- Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqlar.
Şərtlər:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 günlük iş qrafiki.
- İş qrafiki: 10:00-19:00
- Əmək haqqı fix 2000 AZN +bonus
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış departament rəhbərinin müavini” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...