Satış Auditi Şöbə müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. A+Co MMC Satış Auditi Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

“A+CO” MMC şirkəti Satış Auditi şöbəsinə “Şöbə müdiri” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

  • Ali təhsil ( iqtisadiyyat, kommersiya sahələrində);
  • Müvafiq sahədə 5 ildən az olmayaraq təcrübə;
  • Mükəmməl səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili bilikləri;
  • MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik, strateji və sistemli düşüncə.

Vəzifə öhdəlikləri:

  • Tabeçiliyində olan əməkdaşlara aylıq və gündəlik iş bölgüsü hazırlamaq;
  • Audit proqramlarının hazırlanması, qrafikin formalaşmasının təmin edilməsi;
  • Təsdiqlənmiş audit planları əsnasında yoxlamaların həyata keçirilməsi və yoxlama nəticələrinə dair rəyin təqdim edilməsi ;
  • Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Satış nöqtələrinə yerində baxış keçirilməsinə və satış təmsilçilərinin fəaliyyətlərinin düzgün qiymətləndirilməsinə nəzarət edilməsi;
  • Əməkdaşlıq edilən ticarət nöqtələrində sayımların təşkil edilməsi və prossesə nəzarət edilməsi;
  • Risk dəyərləndirmələri əsnasında planlı və plandan kənar yoxlamaların həyata keçirilməsini təşkil etmək;
  • Nəzarət mühitinin dəyərləndirilməsinə dair testlər aparmaq;
  • Nəzarət etdiyi şöbədə, təqsirli bilinən işçi və şirkətə maddi və ya mənəvi zərər vurmuş işçi barəsində normativ sənədlərin hzırlanması, müvafiq qaydalar əsasında şirkətə dəymiş zərərin ödənilməsinə nəzarət edilməsi;
  • Nəzarət etdiyi şöbənin fəaliyyətinə təsir etmiş və ya edə biləcək halların aşkarlanması, bu kimi neqativ hallar baş verdikdə dərhal araşdırma aparılması;
  • Nöqsan və çatışmazlıqların aradan qaldırılması, bu istiqamətdə aparılan yoxlamalar və nəticələr barəsində tədbir planlarınının hazırlanması;
  • İllik audit strategiyası və planının tərtib edilməsi, yerinə yetirilimiş işlər barəsində illik fəaliyyət hesabatının hazırlanması;
  • Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
  • Rəhbərliyin verdiyi xüsusi tapşırıqların yerinə yetirilməsi və nəticələrinin raportlanması;

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri ;
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Əmək haqqı razılaşma yolu ilə təyin ediləcəkdir ;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Auditi Şöbə müdiri” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı