Qısa məzmun
Ə/h razılaşma yolu ilə. A+Co MMC Satış Auditi Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
“A+CO” MMC şirkəti Satış Auditi şöbəsinə “Şöbə müdiri” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Tələblər:
- Ali təhsil ( iqtisadiyyat, kommersiya sahələrində);
- Müvafiq sahədə 5 ildən az olmayaraq təcrübə;
- Mükəmməl səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili bilikləri;
- MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik, strateji və sistemli düşüncə.
Vəzifə öhdəlikləri:
- Tabeçiliyində olan əməkdaşlara aylıq və gündəlik iş bölgüsü hazırlamaq;
- Audit proqramlarının hazırlanması, qrafikin formalaşmasının təmin edilməsi;
- Təsdiqlənmiş audit planları əsnasında yoxlamaların həyata keçirilməsi və yoxlama nəticələrinə dair rəyin təqdim edilməsi ;
- Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
- Satış nöqtələrinə yerində baxış keçirilməsinə və satış təmsilçilərinin fəaliyyətlərinin düzgün qiymətləndirilməsinə nəzarət edilməsi;
- Əməkdaşlıq edilən ticarət nöqtələrində sayımların təşkil edilməsi və prossesə nəzarət edilməsi;
- Risk dəyərləndirmələri əsnasında planlı və plandan kənar yoxlamaların həyata keçirilməsini təşkil etmək;
- Nəzarət mühitinin dəyərləndirilməsinə dair testlər aparmaq;
- Nəzarət etdiyi şöbədə, təqsirli bilinən işçi və şirkətə maddi və ya mənəvi zərər vurmuş işçi barəsində normativ sənədlərin hzırlanması, müvafiq qaydalar əsasında şirkətə dəymiş zərərin ödənilməsinə nəzarət edilməsi;
- Nəzarət etdiyi şöbənin fəaliyyətinə təsir etmiş və ya edə biləcək halların aşkarlanması, bu kimi neqativ hallar baş verdikdə dərhal araşdırma aparılması;
- Nöqsan və çatışmazlıqların aradan qaldırılması, bu istiqamətdə aparılan yoxlamalar və nəticələr barəsində tədbir planlarınının hazırlanması;
- İllik audit strategiyası və planının tərtib edilməsi, yerinə yetirilimiş işlər barəsində illik fəaliyyət hesabatının hazırlanması;
- Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
- Rəhbərliyin verdiyi xüsusi tapşırıqların yerinə yetirilməsi və nəticələrinin raportlanması;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri ;
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Əmək haqqı razılaşma yolu ilə təyin ediləcəkdir ;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Auditi Şöbə müdiri” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...