Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora Satış audit vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi təhsil tələb olunur.
İşin qısa təsviri :
- Fəaliyyət göstərilən ərazidə ticarət nöqtələri ilə debitor borcların yoxlanışının həyata keçirilməsi, uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi, inventarların mövcudluğunun və təyinatına uyğun istifadəsinin yoxlanılması və raporlanması.
Sizin əsas vəzifə öhdəlikləriniz :
- İnventarizasiya işinin aparılması;
- Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşlarımızın fəaliyyətlərinin qiymətləndirilməsi;
- Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
- Distributor anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi;
- Audit işinin nəticəsi haqqında müvafiq hesabatların hazırlaması;
- Təftiş kommisiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;
- Ticarət nöqtələrində rəqib şirkətlərin satış fəaliyyətinin və strategiyasının dəyərləndirilməsi;
- Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsi;
- Xarici auditlə bağlı hesabatların təhlili və müvafiq sənədləşmənin aparılması;
- Hərəkətsiz debitor borclarının təyin edilməsi.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :
- Analitik düşünmə qabiliyyəti;
- Qərar vermə qabiliyyəti;
- Mübahisələrin həll edilməsi;
- Effektiv kommunikasiya;
- Nəzarət və əlaqələndirmə.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
- Təhsil : Ali (iqtisadiyyat yönümlü);
- İş təcrübəsi : 1 il;
- Kompüter bilikləri : MS Office (Excel, Word, Internet, 1 C);
- Yaş həddi : 22-30;
- Avtomobilinin olması vacibdir.
Bizim iş şərtləri :
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00;
- İş yeri : Göyçay.
Biz nə təklif edirik :
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Auditi-Göyçay” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...