Yandex-watch
Satış auditi peşəsi üzrə vakansiya — Avrora — iş elanları 2020

Satış auditi peşəsi üzrə vakansiya 2020 / 2021

Elanın müddəti bitmişdir

Ə/h razılaşma yolu ilə. Avrora Satış audit vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi təhsil tələb olunur.

Avrora Vakansiya 2020

İşin qısa təsviri :

  • Fəaliyyət göstərilən ərazidə ticarət nöqtələri ilə debitor borcların yoxlanışının həyata keçirilməsi, uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi, inventarların mövcudluğunun və təyinatına uyğun istifadəsinin yoxlanılması və raporlanması.

Sizin əsas vəzifə öhdəlikləriniz :

  • İnventarizasiya işinin aparılması;
  • Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşlarımızın fəaliyyətlərinin qiymətləndirilməsi;
  • Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
  • Distributor anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi;
  • Audit işinin nəticəsi haqqında müvafiq hesabatların hazırlaması;
  • Təftiş kommisiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;
  • Ticarət nöqtələrində rəqib şirkətlərin satış fəaliyyətinin və strategiyasının dəyərləndirilməsi;
  • Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsi;
  • Xarici auditlə bağlı hesabatların təhlili və müvafiq sənədləşmənin aparılması;
  • Hərəkətsiz debitor borclarının təyin edilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

  • Analitik düşünmə qabiliyyəti;
  • Qərar vermə qabiliyyəti;
  • Mübahisələrin həll edilməsi;
  • Effektiv kommunikasiya;
  • Nəzarət və əlaqələndirmə.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

  • Təhsil : Ali (iqtisadiyyat yönümlü);
  • İş təcrübəsi : 1 il;
  • Kompüter bilikləri : MS Office (Excel, Word, Internet, 1 C);
  • Yaş həddi : 22-30;
  • Avtomobilinin olması vacibdir.

Bizim iş şərtləri :

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00;
  • İş yeri : Şəki filialı.

Biz nə təklif edirik :

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit;
  • Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Auditi-Şəki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Ümumi işlər üzrə könüllü

Unibank Ümumi işlər üzrə könüllü vəzifəsi üzrə vakansiya elan edir.

Unibank - Bakı - 16.09.2021

Əməliyyat inzibatçılığı şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Bank Avrasiya ASC Əməliyyat inzibatçılığı şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. .

Bank Avrasiya ASC - Bakı - 16.09.2021

Kreditor (Quba)

Ə/h razılaşma yolu ilə. Kontakt Home Kreditor vəzifəsi üzrə vakansiya elan edir. İş təcrübəsi arzu olunandır.

Kontakt Home - Lənkəran, Quba - 16.09.2021

Satınalmalar üzrə mütəxəssis

Halal-P Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Halal-P - Bakı - 16.09.2021

Alternativ satış kanalları üzrə mütəxəssis

Azərbaycan Beynəlxalq Bankı Alternativ satış kanalları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı - Bakı - 16.09.2021

800₼

Mühasib

Ə/h 800 AZN. Oil Supply MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. E-portal proqramı ilə işləmək bacarığının olmalıdır.

Oil Supply MMC - Bakı - 16.09.2021

Mühasib – Kiçik mütəxəssis (təçrübəçi)

Autolux Azerbaijan LLC Mühasib - Kiçik mütəxəssis (təçrübəçi) vəzifəsi üzrə vakansiya elan edir.

Autolux Azerbaijan LLC - Bakı - 16.09.2021

Mühasib

Ə/h razılaşma yolu ilə. Universal Təchizat ASC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Təhlil aparmaq bacarığı olmalıdır.

Universal Təchizat ASC - Bakı - 16.09.2021

Kiçik və Orta Biznes kreditləri şöbəsi

Azər Türk Bank Kiçik və Orta Biznes kreditləri şöbəsi vəzifəsi üzrə vakansiya elan edir.

Azər Türk Bank - Bakı - 16.09.2021

Filial müdiri

Güvənli MMC Filial müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Güvənli MMC - Bakı - 16.09.2021

Kassir

Bank Respublika ASC Kassir vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət bacarığı olmalıdır.

Bank Respublika ASC - Bakı - 16.09.2021

Kredit üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. Texnomart Mağazalar Şəbəkəsi Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Yüksək diqqət, təqdim etmə bacarığı olmalıdır.

Texnomart Mağazalar Şəbəkəsi - İmişli, İsmayıllı - 16.09.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et