Satış assistenti (xanım)
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Halal-P Satış assistenti vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Bizim satış assistentimiz, yəni sən, satış öncəsi və satış sonrası iş proseslərini apararaq, satış komandamıza böyük dəstək olursan. Müştərilərlə işləmə bacarığın və gülərüzlüyün işlərində müvəffəqiyyətə qısa zamanda nail olmağına köməklik göstərəcəkdir.
    Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Məsuliyyətlər:

  • Satış menecerinin tapşırıqlarının vaxtında icra edilməsi;
  • Satış öncəsi və satış sonrası proseslərin izlənilməsi, sənədlərin və materialların hazırlanması;
  • Satış hesabatlarının tərtib edilməsi;
  • Kommersiya təkliflərinin tərtib edilməsi.

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  • CV – bənzər bir təcrübənin varlığına baxırıq
  • Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
  • Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  • Rəhbərlə müsahibə

Şərtlər:

  • Ali təhsilli
  • Rus dili biliyi (danışıq və yazı yüksək səviyyədə)
  • Müştərilərlə işləmə bacarığı (satış sahəsində təcrübə arzuolunandır)
  • Microsoft Office, Power Point və Excel-in daimi istifadəçis-
  • Texnoloji sahədə bilik (arzuolunandır)
  •  Iş cədvəli: 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!

Aylıq əmək haqqı: 400-450 AZN

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə hr@halal.az ünvanına göndərməyi unutma.

Bizimlə iş şən və perspektivlidir!

Oxşar vakansiya siyahısı:

600 — 1300 ₼
Satış meneceri

AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı

800 — 1300 ₼
Optik Tibbi Nümayəndə

AzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı